Manaf Ağayev məşhurlarla karantin rejimini pozdu - Video




Azərbaycanın tanınmış müğənnilərindən olan Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozub.

"Qafqazinfo" xəbər verir ki, buna ifaçının öz dostlarına şəxsi evində iftar verməsi səbəb olub.

Belə ki, iftar süfrəsində azı 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir.

Qeyd edək ki, Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozması sosial mediada birmənalı qarşılanmayıb.

Onu da əlavə edək ki, son günlərdə ölkədə koronavirus infeksiyasına yoluxmada artım müşahidə edilir. Bu səbəbdən rəsmi qurumlar vətəndaşlara çağırış edərək həm sosial məsafə saxlamağı, həm də cəm halda bir yerə toplaşmamağı tələb edir.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayından öncə bəyanat yayaraq, vətəndaşları karantin rejimi ilə əlaqədar olaraq, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırmışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu