Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA




Xəbər verdiyimiz kimi ötən gün idmançı Kamil Zeynallı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs olunub.



Karantin rejimi qaydalarına görə bəzi rayonlara gediş-gəliş bərpa edilsə də, Bakı, Gəncə və Lənkəran şəhərləri və Abşeron rayonundan digər rayonlara olan gediş-gəliş qadağası mayın 31-dək qüvvədə qalır.

Bakı sakini olan xeyriyyəçi Kamil Zeynallı da imkansız ailələrə maddi yardım aparmaq məqsədi ilə əvvəl Ucara, daha sonra isə Füzuli rayonuna gedib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidovla yeniavaz.com-a açıqlamasında Kamilin hazırkı, karantin rejimi qaydalarına görə həbs edildiyini bildirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu