Azərbaycanda SARS virusuna görə testlər aparılacaq




Azərbaycanda 1 milyon əhaliyə düşən test sayı 22 minə yaxın idisə, Ermənistanda 12 min, Gürcüstanda isə 9 min təşkil edib.

“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, testlərin sayı xəstə və onların təmasda olduğu şəxslərin sayına görə təyin edilir.

R.Bayramlı əlavə edib ki, may ay ərzində mümkün olmadığından iyun ayından başlayaraq ölkədə SARS virusuna görə testlərin aparılması nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu