Bakı bulvarından sakinləri sevindirəcək xəbər - Karantin bitəndən sonra reallaşacaq




Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı şəhərində bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb.

BAKU.WS xəbər verir ki, Bakı Bulvarına qoyulan qadağanın aradan götürülməsi paytaxt sakinlərini sevindirib.

Dünəndən etibarən bulvar ərazisinə dincəlmək, idman etmək və digər məqsədlər üçün insanlar üz tuturlar. Ərazidə fəaliyyət göstərən kafe və restoran, eyni zamanda mağazalarda qiymət artımının olub-olmaması isə hamını narahat edir. Bakı bulvarında digər ərazilərlə müqayisədə qiymətlərin nisbətən baha olması, üstəlik bir neçə ay işləməyən sahibkarların bunu kompensasiya etmək üçün əlavə qiymət artımına üz tutması ehtimalı sakinləri düşündürən məsələdir.

Mövcud vəziyyətdə qiymət artımının olub-olmamasını, eləcə də sahibkarlara bunun baş verməməsi üçün hər hansı güzəştlərin edilib-edilməyəcəyini dəqiqləşdirmək məqsədilə Dənizkənarı Bulvar İdarəsinə müraciət etdik. İdarədən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, bulvar ərazisində fəaliyyət göstərən kafe və restoran, eyni zamanda mağazalarda qiymətlərin tənzimlənməsi ilə Dənizkənarı Bulvar İdarəsi məşğul olmur və bununla bağlı monitorinq aparmır:

"Ölkədə hələ karantin rejimi davam edir. Yumşalmalar olub və Bulvar ərazisində kafe və restoranlar fəaliyyətə başlayıb. Hazırda sahibkarlara ediləcək güzəşt gündəmdə deyil. Ölkədə karantin rejimi bitdikdən sonra sahibkarlarla münasibətə yenidən baxılacaq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu