Rusiya-Azərbaycan sərhədində Azərbaycan vətəndaşı ölüb
Azərbaycan vətəndaşı İdris Təhməzov Rusiya-Azərbaycan sərhədində ölüb.
“Report”un Rusiya bürosunun əldə etdiyi məlumata görə, İ.Təhməzovun meyiti dünən Vətəninə göndərilib.
Qeyd edək ki, onun 52 yaşı var. Ölümün səbəbi qaraciyər sirrozu olub.