Rüstəm Usubov işdən çıxarılmasından danışdı - “Bundan sonra nə olacaqsa, bilmirəm”




“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.

AFN xəbər verir ki, bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.

Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib:

“Bundan sonra nə olacaqsa, onu bilmirəm”.

“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu