Bakının bu rayonunda su kəsiləcək




Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq.

Bu barədə AFN-ə “Azərsu” ASC-nin İşlər idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Xocalı prospektinə, eləcə də M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov və R.Əliyev küçələrinə içməli suyun verilişi dayandırılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu