Son DƏQİQƏ: Hamilə müğənni koronavirusa yoluxdu




Koronavirus infeksiyası ölkəmizdə bütün fəaliyyət sahələrinin nümayəndələri arasında yayılıb. Bu gün isə şou-biznes nümayəndəsinin də bu xətəliyə yoluxması barədə məlumat əldə etmişik.

NOCOMMENT.az-ın şimal bölgə müxbirinin verdiyi xəbərə görə, gənc və istedadlı müğənni Ülviyyə Namazovanın verdiyi testin cavabı pozitiv çıxıb. Hadisənin maraqlı məqamı ondadır ki, müğənni hamiləliyin son aylarındadır və məhz hamiləliyin növbəti müayinəsi zamanı koronavirusa yoluxduğu üzə çıxıb.

Hazırda Ü.Namazova Quba regional karantin mərkəzinə yerləşdirilib.

Müğənni ilə əlaqə saxlamaq, eləcə də xəstəxanadan məlumat almaq cəhdlərimiz baş tutmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu