Əks təqdirdə sərt tədbirlərə ehtiyac olacaq - Professor
"İnsanların bu cür davranışı çox təhlükəlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin tədbirlərinin sərtləşdirilməsi əslində çətin olacaq:
"İnsanlar bu cür davranışla infeksiyanın yayılmasını artırırlar. İki gün evdə qalmaq problem deyil, amma çörək növbəsində hərəkətlər yoluxma üçün ciddi şansdır. İnsanlar binaların damına çıxırlar, balkonlarda kabab bişirirlər. Bu iki gündə insanlarda qeyri-adekvat davranışlar gördük”.
Adil Qeybullanın fikrincə, əsas diqqət sosial məsafəyə və maska taxmağa yönəlməlidir:
"İnsanlar bunları etmədiyi təqdirdə sərt tədbirlərə ehtiyac olacaq”.