Abşeronda zeytunluq yanıb, zəhərlənən var
Abşeron rayonunda zeytun bağında yanğın olub, bir nəfər zəhərlənib.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində baş verib
Üzümlük yaşayış massivində Sədayət Xanlarova məxsus 3 hektar ərazidə əkilmiş zeytun bağı yanıb. Əraziyə FHN-nin yanğınsöndürənləri cəlb olunub.
Yanğın söndürülsə də, bağ tamamilə yanıb.
Yanğın zamanı 3 mindən çox zeytun ağacı və damlama üsulu ilə quraşdırılan su boruları məhv olub.
Alovun yaxınlıqda evlərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı bağ sahibinin oğlu Emin Xanlarov tüstüdən zəhərlənib. O, Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.