ABŞ-ın Nyu York şəhərindən Azərbaycana çarter reysləri həyata keçiriləcək




İyunun 10-da ABŞ-ın Nyu York şəhərindən Azərbaycana çarter reysləri həyata keçiriləcək.

Çarter reyslərindən təkcə tələbələr deyil, həmçinin koronavirus pandemiyasına görə Azərbaycana qayıda bilməyən vətəndaşlarımız istifadə edə biləcək.

Uçuşlar Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Nyu York-Bakı reyslərinin bərpası haqqında isə hələ ki, dəqiq məlumat yoxdur. Daha ətraflı məlumat səfirlik tərəfindən veriləcək.

Xatırladaq ki, Nyu Yorkdan Bakıya sonuncu çarter reysi mart ayında həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu