Kürdəmirdə qadının keçmiş əri tərəfindən yandırılması ilə bağlı RƏSMİ AÇIQLAMA




Daxili İşlər Nazirliyi Kürdəmirdə 2017-ci ildə həyat yoldaşından ayrılaraq öz ailəsi ilə yaşayan qadının keçmiş əri tərəfindən benzin tökülərək yandırılması məsələsinə münasibət bildirib.


AFN xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, Nurlan Hüseynov Kürdəmirin Muğanlı kəndindəki evində ailə-məişət münaqişəsi zəminində keçmiş arvadı Şura Əmirovanın üzərinə benzin tökərək yandırıb:

“Qadın xəstəxanaya yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir”.

DİN rəsmisi qeyd edib ki, Nurlan Hüseynov saxlanılıb, araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu