Sərt karantin rejimi bu bölgələrdə də tətbiq ediləcək - VİDEO




Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu həftə sonunda 2 günlük sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin siyahısı genişlənib. Yevlax, İsmayıllı, Salyan Və Kürdəmirdə də koronavirusa yoluxma sayı artdığından sərt karantin rejimi tətbiq olunacaq. Əməkdaşlarımız bu rayonlardan ikisində aparılan hazırlıqların təfərrüatlarını araşdırıblar.

Son günlər Salyanda xəstəliyə yoluxma hallarının artması ilə bağlı olaraq rayon ərazisində həftəsonu gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.

Bunun üçün rayon polis şöbəsinin və rayon mərkəzi xəstəxanasının əməkdaşları karantin rejiminin tələblərinə uyğun fəaliyyət göstərəcəklər. Polislər rayonun əsas giriş-çıxışları, eləcə də kənd ərazilərində postlar quraraq rejimin tələblərinə nəzarət edəcəklər. Bundan əlavə, Mərkəzi Rayon Xəstəxanasının təcili yardım stansiyası və poliklinika şöbəsində həkimlər növbə əsasında xidmət aparacaqlar.

Rayon ərazisində xəstəliyə yoluxma sayının artması sakinlərin də məsuliyyətini artırır.

Sərt karantin rejiminin tətbiq olunacağı rayonlardan biri də Kürdəmirdir. Rayonda həftəsonu tətbiq ediləcək ciddi karantin rejimi ilə bağlı rayon icra hakimiyyəti tərəfindən ciddi işlər görülür.

Kürdəmir rayon icra hakimiyyətinin başçısının müavini Ağəli Kərimli bildirdi ki, yoluxmanın ən çox qeydə alındığı Sığırlı kəndində vəziyyət hazırda qənaətbəxşdir.

Qeyd olunan tarixlərdə vətəndaşlar evdə qalacaqlarına görə ərzaq və dərman tədarüklərini vaxtında görməlidirlər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu