Ermənistanda fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadıldı




Ermənistanda koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılıb.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin iyunun 12-dən keçirilən növbədənkənar iclasında qəbul edilib.

Qeyd edək ki, iyunun 12-nə olan məlumata əsasən, Ermənistanda 15 281 nəfər koronavirusa yoluxub, 258 nəfər isə bu infeksiyadan ölüb.

Xatırladaq ki, Ermənistanda müxalifəti baş nazir Nikol Paşinyanın fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı istifadə etdiyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu