“Shell” Norveçdəki aktivlərini satır




Britaniya və Niderlandın müştərək şirkəti “Royal Dutch Shell” Norveçdə iki yataqdakı və iki qaz kəmərindəki aktivlərinin satışına başlayıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Belə ki, şirkət “Kvitebjorn” yatağındakı və qaz kəmərindəki payının 6,45%-ni satır. Bundan başqa, “Royal Dutch Shell” “Valemon Unit” yatağındakı və “Valemon Rich Gas Pipeline” qaz kəmərindəki 3,23% payının satışa çıxarıb.

Aktivlər Norveçin dövlət neft şirkəti olan “Equinor” şirkətinə məxsusdur və illik 7 200 barel neft ekvivalentinin hasil etməklə ehtiyatı 17 milyon barel təşkil edir.

Gözlənilir ki, bu aktivlərin ümumi dəyəri 50-100 milyon ABŞ dolları təşkil etsin. Hazırda “Shell” Norveç şelfində hasilatla bağlı 34 lisenziyaya malikdir və onlardan 14-ünü istifadə edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu