Çin 100 milyon ton neft ehtiyatı aşkar edib


Çinin milli neft şirkəti ölkənin şimal ucunda, Koreya yarımadasının qərbində yerləşən Bohay dənizində 100 milyon ton neft ehtiyatının aşkar edildiyini açıqlayıb.


Bu barədə Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-şərqində Sarı dənizin davamı olan Bohay dənizində aparılan tədqiqatlar nəticə verib və "Çinhuangdao 27-3" neft yatağında təxminən 200 kilometr məsafədə, Körfəzdəki Tienjin şəhəri yaxınlığında yeni ehtiyat aşkar edilib.

Bohay dənizində orta dərinliyi 25 metr olan neft yatağında təqribən 100 milyon ton orta ağır neft olduğu bildirilir.

CNOOC-un martın 8-də verdiyi açıqlamada, başqa bir kəşfiyyat nöqtəsi olan Cənubi Çin dənizinin şimal-şərqində 100 milyon ton neft ehtiyatının aşkar edildiyi bildirilib.

Bohay dənizində və Cənubi Çin dənizində dənizdə neft və təbii qaz qazması ilə məşğul olan şirkət 2024-cü ildə 700-720 milyon barel neft hasil etməyi hədəfləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu