Koronavirusun acı təcrübəsi: “Əslində bu, hökumətə imkan verirdi ki...”




"Koronavirusdan həyatını itirən həkimlərə ən azı 10 min manat məbləğində birdəfəlik ödəniş verilməlidir”.



Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlrinə görə, sürətlə artan virus Azərbaycanda hər kəsin qapısını döyə və ölkəni daha fəlakətli vəziyyətə sala bilər.

Qubad İbadoğlu virusdan qorunmaq üçün aşağıdakı təxirəsalınmaz tədbirləri təklif edib:

1. Testlərin sayı maksimum artırılmalıdır. Bir həftə bundan əvvələ olan məlumata görə, 356 032 koronavirus testi aparılıb. Bu əhalinin 3,5 faizi deməkdir. Hesab edirəm ki, bu göstərici ən yaxın zamanda 2 dəfəyədək artırılmalı və 7-10 faizə çatdırılmalıdır.

2. Testləri pozitiv çıxan şəxslər ailədən və cəmiyyətdən təcrid edilməli və xəstəxanlarda yerləşdirilməlidir. İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı aprelin 7-də imzalayıb. Sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması məqsədilə 2020-ci il dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İndiyə qədər cəmi 4 modul tipli xəstəxana quraşdırılıb. Bu isə o deməkdir, 2 ay 7 gün ərzində cəmisi 800 çarpayılıq xəstəxana istifadəyə verilib. Halbuki, Vuhanda koronavirus xəstələri üçün 1000 çarpayılıq ilk mobil xəstəxana fevralın 3-dən fəaliyyətə başladı. Sonradan 10 günlük inşaat-quraşdırma işləri nəticəsində 1600 çarpayılıq xəstəxana istifadəyə verildi.

Azərbaycanda isə ilk 1 ayda bir belə xəstəxananın mayın 7-də paytaxtda, yerdə qalan 3-nün isə iyunun 9-da açılışı oldu. Daha 6 kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Nə zaman? Nə qədər gözləməliyik? Baxın, 2 aya 800 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. 1 modul tipli xəstəxayana 2 milyon 466 min manat vəsait ayrılmasına baxmayaraq, işlər çox ləng gedir. Virusa yoluxan xəstələrin artım sürəti ilə istifadəyə verilən xəstəxanalarda çarpayı sayı arasında böyük fərq vardır. Əslində bu xəstəxanaları eyni zamanda 10 gün ərzində də quraşdırmaq olar. Çünki bu xəstəxanalar çadırdandır, tikilmir, sadəcə quraşdırılır və komplektləşdirilir. Odur ki, təklif edirəm, müvəqqəti olaraq idman arenaları və sərgi mərkəzləri xəstəxanaya çevrilməlidir. Bakıda və rayonlarda bu tip çoxsaylı obyektlər mövcuddur.

3. Karantin rejiminin sərtləşdirilməsi ilə insanlarda karantin mədəniyyətinin formalaşması arasında əlaqə olmalıdır. Əgər yenə də 2 günlük özünütəcriddən sonra hər şey əvvəlki axarına qayıdacaqsa, yenə də iri ticarət mağazaları (Mallar), bütün iş yerləri açıq olacaqsa, onda belə mübarizə effekt verməyəcək.

4. İyun ayı üçün də 190 manatlıq birdəfəlik yardım verilməli və onun ödənilməsi dairəsi genişləndirilməlidir.

5. Həkimlərin əməyinin stimullaşdırılmasına gücləndirilməli, koronavirusdan həyatını itirən həkimlərə ən azı 10 min manat məbləğində birdəfəlik ödəniş verilməlidir".

Qubad İbadoğlu bildirib ki, Azərbaycanın bu məsələdə az da olsa bəxti gətirib:
"Koronavirus mart-aprel aylarında dünyada tüğyan etdiyi dövrdə bizdə kütləvi olmadı. Əslində bu, hökumətə imkan verirdi ki, başqalarının səhvlərini öyrənməklə daha düzgün siyasət yeritsin. Əksinə, bizim başqalarından çox vaxt qazanmağımıza baxmayaraq, səhvlərimiz daha çox oldu. Bu zaman ərzində nəinki modul tipli 10 xəstəxananın tikintisi başa çata, həm də minlərlə tibbi personal təlimlərdən keçə bilərdi. Amma təəssüf...”



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu