Əri tərəfindən it damında zəncirlənən qadın barışıq ərizəsi yazdı




Əri tərəfindən döyülən və it damında zəncirlənən qadın həyat yoldaşı ilə barışıb.



Bu barədə "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova deyib.

"Əri tərəfindən zorakılıq və işgəncə görmüş, üzərinə qaynar su tökülərək yandırılmış, eləcə də zəncirə vurularaq işgəncə edilmiş qadın üçün biz bacardığımızı etdik. Onun üçün 21 saylı vəkil bürosundan pulsuz vəkil ayrıldı. AQUD komitəsi bu işi xüsusi nəzarətə götürdü və sığınacağın vəkili onun işi ilə bağlı hər gün polis və digər orqanlara gedərək işgəncə verənin layiqli cəzası üçün çalışdı. Qadın isə fikrindən daşınaraq bilmədiyimiz səbəblərdən ərizəsini geri götürmək qərarına gəlib, ərinin tutulmağını istəmədi”.

Mehriban Zeynalova qeyd edib ki, qadının bu qərarı verməsinə baxmayaraq, ailəsinin nəzarətdə saxlanmasını xahiş edib.

Qeyd edək ki, mayın 5-də Bakıda kişi həyat yoldaşına ağır işgəncələr verməsi ilə bağlı məlumat yayımlanıb. Məlumatda bildirilib ki, "Kişi arvadını it damında zəncirə vurub. Qadın gecəni səhərə kimi itin zəncirində bağlı qalıb. Əllərini bağlayıb döyüb, üstünə isti su töküb yandırıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu