Bakıda avtomobil velosipedçini vuraraq öldürdü




Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.



“Report”un xəbrinə görə, hadisə iyunun 24-ü saat 19:30 radələrində Nardaran-Pirşağa yolunun Pirşağa qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Elşən Əkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən velosipedçi, 1968-ci il təvəllüdlü Azad Zeynalovu vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu