Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü - FOTO




Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov koronavirusdan vəfat edib.



AFN xəbər verir ki, bu barədə mərhumun tələbə yoldaşı, deputat Fazil Mustafa məlumat verib.

Millət vəkili N.Məmmədovun Astarada müalicə aldığı xəstəxanada vəfat etdiyini bildirib:

"İndicə aldığım xəbər çox acı oldu. Universitetdə tələbə yoldaşım, Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Teyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat etdi. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun"!

Bakı Apellyasiya Məhkəməsinin hakimi koronavirusdan öldü -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu