Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər cərimələniblər




Tərtər rayonunda koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.



Tərtər Rayon İcra Hakimiyyətinin və RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayonun Köçərli kəndi ərazisində Şəmilov Şəmil Talış oğluna məxsus “Əriklik” kafesində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil etdiyi, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozulduğu aşkarlanıb. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə edilib, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunub. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərinin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib. Kafenin fəaliyyəti 04 iyul 2020-ci il tarixdən dayandırılıb.

Bundan əlavə, 05 iyul 2020-ci il tarixdə isə Tərtər şəhəri, Elman Səfərov küçəsində Alıyev Əliqulu Əlif oğlu özünəməxsus həyətində anasına 40 mərasimi vermək üçün təşkil etdiyi yas mərasimi dayandırılmış, vətəndaş Aliyev Əliqulu Əlif oğlu və molla Mustafayev Əli Vahid oğlu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat, yas mərasimində iştirak edən Qasımov Ələmdar Ənvər oğlu, Qarayev Səbuhi Aydın oğlu, Məmmədov Elçin Rasim oğlu hər biri 100 manat cərimə olunmuş, çayçı Səfərov Aydın Nofəl oğlu İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.

Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu