Reanimasiya şöbəsinin 21 tibbi personalı koronavirusa yoluxub - doktorlar açıqlama yaydı




"Mən də daxil olmaqla Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının Reanimasiya şöbəsində çalışan 21 personal COVİD-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib".


Musavat.com xəbər verir ki, bu sözləri həmin klinikada çalışan həkim Etibar Abbasov sosial şəbəkədəki statusunda yazıb.


Həkim yazdığı statusunda artıq tükəndiklərini bildirib:





Etibar Abbasov

"Biz tükənmişik deyəndə siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur".

Həkim bu duruma görə məsuliyyətsiz insanları da qınayıb.

Reanimasiya şöbəsinin 21 tibbi personalı koronavirusa yoluxub -


Aişə Yolçuzadə

Yoluxanlar arasında olan digər həkim Aişə Yolçuzadə isə aşağıdakıları yazıb:

"Keçmiş olsun yazan hər kəsə təşəkkür edirəm. Biz bu yola yoluxacağımızı bilib də çıxmışdıq. Gözlənilən oldu. Bütün Reanimasiya ekibinə acil şəfa diləyirəm. Biz ATU-TCK tarixinə qızıl hərflərlə adımızı yazmış insanlarıq, virus bizə heç nə edə bilməz #BizBirlikdəGüclüyük .Tək narahatlığımız arxamızda qoyduğumuz xəstələrə işini bilən mütəxəssislər tərəfindən lazımı tibbi yardımın göstərilməsidir.Ən az bizim qədər can yandırsalar yetər".

Yoluxanların 6 nəfəri həkim, yerdə qalanları tibb bacısı və xadimələrdir.

Məlumata görə, qeyd edilən şöbədə 30-35 xəstə müalicə olunur ki, bu da normadan artıq hesab edilir. Həkimlərin sözlərinə görə, artıq onlara əvəzləyici tapmaqda çətinlik yaşanır.

Koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan həkimlər bu çətin durumda insanlardan onları anlamağı, karantin qaydalarına əməl etməyi xahiş edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu