Azərbaycanda reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı - RƏSMİ
Azərbaycanda süni tənəffüs cihazında olan COVID-19 xəstələrinin sayı 59 nəfər təşkil edir.
Bu barədə AFN-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat daxil olub.
Hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alan xəstələrin sayı 317 nəfərdir.
Qeyd edək ki, ölkədə koronavirusla bağlı aparılan testlərin ümumi sayı 537 230-a çatıb.