Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 1-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.
AFN xəbər verir ki, hazırda xəstələrin 137-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub.
Ümumilikdə 2 065 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 578 nəfərə, sağalanların sayı 33 977 nəfərə, vəfat edənlərin sayı isə 536 nəfərə çatıb.