“Marja.az” fəaliyyətini dayandırır
Marja.az iqtisadi xəbərlər saytı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.
Bu barədə məlumatı saytın rəhbəri Seymur Yunusov yayıb.
Bildirib ki, xəstəliyi səbəbindən jurnalist kimi fəaliyyət görtərə bilmir:
"Təəssüf ki, çox ciddi xəstəliyimlə əlaqədar saytın fəaliyyətini daydırmaq qərarı verdim. İşçilərin hesabına saytın fəaliyyətinin davam etdirilməsinə çox çalışdım, lakim istədiyim səviyyə alınmadı. Operativlik, fərqlilik itirdi, müştərilər ilə əlaqələr pisləşirdi. Saytın sahibi olmaqla bərabər ona redaktorluq edirdim, xəbərlərin yayımlanıb-yayımlanmamasına qərar verirdim. Bu, çox məsuliyyətli məsələdir, bunu işçilərin ixtiyarına buraxmaq olmaz. Xəstəlik həm jurnalistlik, həm də redaktorluq fəaliyyətimə aman vermir”.