Sərt karantin rejimi hansı şəhər və rayonları əhatə edəcək? – AÇIQLAMA




“Sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq”.



AFN Qazet.az-a istinadla xəbər verir ki, bunu Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov AzTv-yə açıqlamasında bildirib.

O qeyd edib ki, karantinin uzadılması qərarı məcburiyyətdən verilib:

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”.

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov açıqlamasında bildirib ki, hazırda sərt karantin rejiminin uzadılmasına ehtiyac var.

“Baş Nazir hələ qərar qəbul etməyib. Amma iki həftə daha uzadılarsa, mən də bunun tərəfdarıyam. İlk iki həftədə yoluxma sayı çox yüksək idi. Sonuncu iki həftə ərzində ciddi stabilləşmə gördük. Artıq azalmağa doğru meyilliliyin olduğunu müşahidə edirik. Növbəti iki həftə ərzində uzadılarsa, mən düşünürəm ki, ciddi azalmanı müşahidə edəcəyik. Ciddi azalma olduqda o zaman durumu səhiyyə sistemi ilə müqayisə etməliyik. Avqustda yumuşaldılmaya gedilərsə, bu da mərhələli olmalıdır”, – deyə Nabil Seyidov qeyd edib.

Sərt karantin rejiminin yenidən 16 şəhər və rayonda tətbiq ediləcəyi isə verilən qərardan asılı olacaq.

“Bu, rayonlarda yoluxma sayından asılı olacaq. Son iki həftədə həmin rayonlarda stabillik müşahidə edilir. Hətta azalma da olur. Lakin daha dəqiq məlumat son qərarda əksini tapacaq”, – deyə Nabil Seyidov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu