“Ermənistan xəyal qurmasın, nəticəsi ağır olar” - Türkiyədən SƏRT XƏBƏRDARLIQ
Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Ermənistana xəbərdarlıq edib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Fuat Oktay son günlər Tovuz istiqamətində Ermənistanın təxribatları haqqında açıqlama verib və bu əməllərinə görə Ermənistanın ağır cavab verəcəyini söyləyib:
“Ermənistan indi niyə Tovuza hücum etdi? Bunu bilmək üçün arxasındakı qüvvələrə baxmaq lazımdır. Bu hücumun edilməsi enerji layihələri baxımından önəmlidir. Dağlıq Qarabağ hadisəsinin bir daha yaşanmasına imkan vermərik. Hansı şərtlər altında olursa olsun, Türkiyə lazım olan addımı atar”.
F.Oktay qeyd edib ki, bəzi ölkələrin bölgəni qarışdırmaq niyyəti var. Ərdoğan bölgədəki bütün lidelərlə hər an görüşəcək qədər güclü bir liderdir. Azərbaycan güclənən ölkədir. Ermənistan isə zəfiləyir, öz vətəndaşlarına belə güvən verə bilməyəcək vəziyyətdədir. Buna görə də xarici problem yaratmağa çalışır ki, diqqət başqa istiqamətə yönəlsin.
Ermənistan xəyal qurmasın, qurduğu xəyalın altında qalar. Ona xəyal qurduranlar da uzaqdan izləyərlər. Yaşanan hadisələrə görə də nəticəni Ermənistan ödəyər. Biz təhdid etmərik, ola biləcəkləri söyləyərik. Ərdoğan da bu məsələdə qəti qərarlıdır.