Yazıçı-jurnalist Əmir Mustafayevin yeganə oğlu zəhərlənərək vəfat etdi
“Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, mərhum yazıçı-jurnalist Əmir Mustafayevin yeganə oğlu Samir Mustafayev vəfat edib.
AFN modern.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Məlumatda 52 yaşlı S.Mustafayevin zəhərlənərək dünyasını dəyişdiyi bildirilir.
Əmir Mustafayev 1993-2002-ci illərdə Milli Məclisin orqanı “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Allah rəhmət etsin!