Bakıda gölü qurudub yaşayış kompleksi tikmək istədilər - Tikinti dayandırıldı
“Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət ETSN-in əməkdaşları tərəfindən araşdırılıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.
Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək. (Trend)