Bu şəhərlərə giriş-çıxışa qoyulan qağada götürülməyib - RƏSMİ AÇIQLAMA
"Lənkəran şəhərində bilirsiniz ki, sərtləşdirilmə götürüldü. Lənkəran şəhərinin giriş və çıxışına tətbiq olunan məhdudiyyət hələ də qüvvədədir.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev danışıb.
O bildirib ki, Lənkərandən digər şəhər və rayonlara çıxmaq, eyni zamanda digər digər şəhər və rayonlardan Lənkərana giriş-çıxışa icazə verilmir:
"Bunu əhali nəzərə almalıdır. Lənkəranın daxilində insanlar sərbəst hərəkət edə bilərlər. Amma Lənkəranın daxilindən giriş-çıxışı ilə bağlı Nazirlər Kabinetinin 178 saylı qərarı hələ də qüvvədədir. 5 inzibati ərazi - Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun giriş-çıxışa tətbiq edilən məhdudiyyət hələ də qüvvədədir".