Qazaxıstan yoluxma hallarının sayına görə Çinə çatır




Qazaxıstanda ötən sutka 1 646 nəfərdə koronavirus aşkarlanıb.



AFN
xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Mərkəzi Asiya ölkəsində indiyədək 76 799 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 48 220 nəfər sağalıb, 585 nəfər isə ölüb.

Qeyd edək ki, Qazaxıstan postsovet məkanında Rusiyadan sonra koronavirusun ən geniş yayıldığı ikinci ölkədir. Bu ölkə yoluxma hallarının sayına görə pandemiyanın mənbəyi olan Çinə çatır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu