Sabahdan Gürcüstanda daxili uçuşlar bərpa edilir




Gürcüstanda daxili uçuşlar 24 iyuldan etibarən bərpa ediləcək.



AFN
xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. İyulun 24-də Nataxtari, Mestia və Ambrolauri hava limanlarından, həmçinin Tbilisidən Batumi hava limanına müntəzəm uçuşlar fəaliyyətə başlayacaq.

Ümumilikdə, 24-31 iyul tarixlərində Mestia-Nataxtari istiqamətində 6, Tbilisi-Batumi istiqamətində 5, Ambrolauri-Nataxtari istiqamətində 3 uçuş həyata keçiriləcək.

Avqust ayından etibarən Mestia-ya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə, Batumiyə isə həftədə 4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu