BNA: Həftə sonu marşrutlar fəaliyyətini dayandıracaq
Bakı Nəqliyyat Agentliyi (BNA) həftə sonu paytaxtda marşrut avtobuslarının fəaliyyətini dayandırması barədə məlumat yayıb.
Agentlikdən AFN-ə verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 25 iyul gecə 00:00-dan 27 iyul səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq:
"Bu gün isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcəkdir. Bazar ertəsi yenidən vətəndaşlara xidmət üçün qarşıdakı iki gün ərzində hazırlıq işləri görüləcək".