Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb




Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb.



AFN Unikal.org-a istinadən verdiyi məlumata görə, O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub. Onun yerinə isə Salman Əliyev təyin olunub.

Qeyd edilir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev işdən çıxarıldığı zaman Cavanşir Fərəcov bir günlük onun yerinə təyinat almışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu