Bakı Təcili Yardım Stansiyasnın baş həkimi hadisə yerinə gəldi - VİDEO+YENİLƏNİB


Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 9 saylı Təcili Yardım stansiyasına gələrək etiraz edən tibb işçilərini dinləyib.


R.Nağıyev həkimlərə əlavələrin azalması səbəbləri haqda məlumat verib, eyni zamanda məsələnin bir daha araşdırılacağını bildirib.







***

9 saylı Təcili Yardım Stansiyasının işçiləri etiraz aksiyası keçirir.


AFN-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə stansiyanın onlarla işçisi koronavirus pandemiyası səbəbilə maaşlarına edilməli olan əlavələrin düzgün hesablanıb verilməməsinə etiraz olaraq bunt ediblər. Stansiyanın tibbi və texniki personalı gələn çağırışlara getməkdən imtina edərək binanın önündə toplaşıb prezident sərəncamının yerinə yetirilməsini tələb edirlər. Aksiya iştirakçılarının tələblərini əks etdirən videoları təqdim edirik:








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu