Dəfndən qayıdan ailə qəzaya düşdü: Üç qardaş öldü - VİDEO
Türkiyədə dəhşətli qəza baş verib.
Milli.Az Sondakika.com-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Elazığ bölgəsində qeydə alınıb. Ağır qəza üç qardaşın ölümü ilə nəticələnib.
Belə ki, qardaşların ailəsi onlardan uzun müddət xəbər ala bilmədikləri üçün polisə müraciət edib.
Araşdırmalar nəticəsində onların maşınının uçurumdan aşdığı və üçünün də hadisə yerində həyatlarını itirdiyi məlum olub. Dəhşətli hadisənin qardaşların dəfn mərasimindən qayıdan zaman baş verdiyi bildirilir.