Onkoloji xəstəliklərin ilk 8 əlaməti bunlardır – professor




Orqanizmə diqqətli münasibət bizə yaxınlaşan onkoloji xəstəliyin əlamətlərini tanımağa və erkən mərhələlərdə xərçəngi aşkar etməyə imkan verir.



Qaynarinfo xəbər verir ki, bu sözləri "AiF” ilə söhbətində professor, Rusiya Federasiyasının əməkdar elm xadimi Arkadi Vertkin söyləyib.

O, qeyd edib ki, ölüm sayına görə onkoloji xəstəliklər ürək-damar xəstəliklərindən sonra dünyada ikinci yeri tutur.

Vertkin xərçəngdən xəbər verən səkkiz əlamət olduğunu vurğulayıb. Bu, sidik və defekasiya ritmlərində dəyişiklik, sağalmayan yaraların aşkarlanması, qeyri-adi qanaxmanın və ya qeyri-adi qanaxmaların və ya qanlı axıntıların üzə çıxması, hər hansı bir orqanda mexaniki dəyişiklərin yaranması, həzmsizlik, udma problemi, xalların zahiri görünüşünün dəyişməsi, güclü və keçməyən öskürək və xırıltılı səs.

Bir insanın yuxarıda göstərilən əlamətləri varsa, o zaman onu müayinə edib onkoloqa yönəldən bir terapevtə müraciət etmək məcburiyyətindədir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu