ÜST koronavirusla mübarəzidə Azərbaycan hökumətinə müəyyən tövsiyələr verib




“Bu gün səhər Nazirlər Kabinetində görüş keçirmişik”.



APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, görüşdə koronavurusla mübarəzidə hökumətə müəyyən tövsiyələr verilib: “Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq. Sözügedən sənəd qiymətləndirmənin ətraflı təsviri, ÜST-ün lazımı məqamda əlavə yardım göstərilməsi ilə bağlı məlumat və tövsiyələrini özündə ehtiva edəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu