Lotu Quli dəfn edildi - FOTO
Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifov Türkiyədə dəfn edilib.
"Report” xəbər verir ki, Türkiyənin Antalya şəhərində öldürülən Nadir Səlifov İstanbul şəhərinin Böyükçəkməcə rayonunda yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Xatırladaq ki, Nadir Səlifov avqustun 19-dan 20-ə keçən gecə Antalyada yerləşən otellərdən birində başından 4 güllə vurularaq qətlə yetirlib.
Cinayəti törətməkdə şübhəli bilinən 25 yaşlı Xan Əhmədlinski (Xəqan Zeynalov) ilə 26 yaşlı Əmir Əhmədli polis əməkdaşları tərəfindən saxlanılıb.