DİN-dən yolu bağlayan qadınlarla bağlı açıqlama




Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən AFN-ə verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.

Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:

"Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu