Ağacları məhv edən müəssisə cəzalandırılıb
Xətai rayonu Nobel prospekti 187 ünvanında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AFN-ə verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvanda “Real-Park” MMC-nin istifadəsində olan torpaq sahəsində 29 ədəd ağac və kol bitkisinin məhv edildiyi və təbiətə 14880 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı MMC barəsində akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.