Qarabağda koronaya yoluxanların sayı kəskin artdı




Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsində koronavirusa yoluxanların sayı son sutkada 3 dəfə artıb.

AFN xəbər verir ki, son 24 saat ərzində 12 nəfərdə koronavirus aşkarlanıb. Koronavirusa yoluxanların 11-nin Xankəndi sakini olduğu bildirilib.

Qeyd edək ki, indiyə qədər qondarma rejimdə koronovirusla bağlı qeydə alınan rəqəmlər təsadüfi hallarda ikirəqəmli olub. Ümumiyyətlə isə Qarabağ bölgəsində test sayın gün ərzində 50-60-ı keçmir. Buna görə də yoluxanların əslində çox olduğu, lakin müəyyən edilmədiyi qeyd edilir.

Ümumilikdə hazırda 60 min erməninin yaşadığı işğal olunmuş ərazilərimizdə 379 erməni koronavirusa yoluxub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu