Qubada atasını öldürən gəncin məhkəməsi başlayır
AFN-nin məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəmçəsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında Qubanın Birinci Nügədi kəndində baş verib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Mətləb Bəşarət oğlu Şükürov atası, 1959-cu il təvəllüdlü Bəşarət Ramazan oğlu Şükürovu qətlə yetirib.
B.Şükürov Rusiya vətəndaşı olub və hadisədən bir gün əvvəl Qubaya gəlib. İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində törədilib.
B.Şükürova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.