Belarusda vəziyyət gərginləşir: AKSİYA


Belarusda müddətsiz itaətsizlik aksiyası keçiriləcək.

“Report” "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Belarus müxalifətinin yaratdığı Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Pavel Latuşko bildirib..

Onun sözlərinə görə, seçkidə səslərin 80 faizindən çoxunu topladığını iddia edən Aleksandr Lukaşenko prezident kimi andiçmə mərasimində xüsusi əməliyyat keçirib.

Latuşko bildirib ki, Aleksandr Lukaşenko Belarus küçələrində xüsusi təyinatlı milis dəstələrini silahlandırır: “İndi o, bizdən, Belarus vətəndaşlarından ötrü heç kimdir. Biz seçkinin nəticəsi ilə heç vaxt razılaşmayacağıq və yeni seçkinin keçirilməsini tələb edirik”.

Prezidentliyə namizəd olmuş müxalifət lideri Svetlana Tixanovskaya Belarusun dövlət orqanlarının əməkdaşlarına müraciət edərək istefa verməyin vaxtının çatdığını vurğulayıb: “Legitim olmayan hakimiyyətlə bir yerdə işləmək cinayətdir. İstefa verəcəyiniz halda gələcəkdə iş stajınız saxlanılacaq, tutduğunuz vəzifəyə bərpa olunacaqsınız. Sosial müdafiəniz təmin olunacaq”.

Məlumata görə, işini itirən əməkdaşlar “Belarus Solidarity Foundation” təşkilatına müraciət edərək 1 500 avro məbləğində ödəniş ala bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu