Polad Bülbüloğlu: “Qarabağla bağlı sülh danışıqları aparılmır”
"Hazırda Azərbaycanla Ermənistan arasında heç bir sülh danışıqları və ya prosesi yoxdur”.
APA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Komsomolskaya Pravda” radiosuna müsahibəsində bildirib.
"Bugünkü Ermənistan rəhbərliyi başda baş nazir Paşinyan olmaqla danışıqlar prosesi ilə bağlı tamamilə absurd bəyanatlar verir. Bununla da danışıqlar prosesini məhv edirlər”, - deyə azərbaycanlı diplomat vurğulayıb.
Səfir münaqişənin kökündə Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalının dayandığını bildirib: "Nə qədər ki, bu məsələ həll olunmayıb, "sürünən müharibə” davam edəcək”.