MN: Düşmənin Gəncədəki hərbi obyektlərimizi vurması barədə məlumat yalandır - FOTO

Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.
Müdafiə Nazirliyindən AFN-ə verilən məlumata görə, düşmən tərəfindən açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.