Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Bu gün 2020-ci il kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.
APA-nın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat Emmanuelle Charpentier və Jennifer Doudnaya verilib.
Onlar "Genomun redaktəsi üzrə metodun inkişafına" görə bu mükafata layiq görülüblər.