Cəbhə zonasında qazın verilişi bərpa olunub
Bu barədə AFN-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində yaradılan Qərargahdan məlumat verilib.
Məlumata görə, bu gün saat 09:00-dan etibarən Füzuli rayonunun 5 yaşayış məntəqəsinə (Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Mirzənağılı, Əhmədalılar və Qazaxlar kəndləri) təbii qazın verilməsi təmin edilib.
Hazırda Beyləqan və Bərdə rayonları tam olaraq qazla təmin edilir.
Ağdam rayonu üzrə isə 6 yaşayış məntəqəsi təbii qazla təmin edilməkdədir. Digərlərində müvəqqəti olaraq qaz təchizatı məhdudlaşdırılıb. Tərtər rayonunun isə qaz təchizatı tam olaraq məhdudlaşdırılıb.