Paytaxtın bu rayonunda qaz xəttində sızma olub - Qazın verilişi dayandırıldı


Bakının Yasamal rayonunda qaz xəttində sızma aşkarlandığından rayonun Əhməd Cavad küçəsi 200 ünvanına qazın verilişi dayandırılıb.



AFN xəbər verir ki, bu barədə trend-ə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumatda bildirilir ki, “Təmiz Qaz” QSC tərəfindən əraziyə gedən qaz xəttində sızma aşkar edilib.

“Dərhal əraziyə təbii qaz verilişi dayandırılıb və xəttin təmirinə başlanılıb. Artıq xəttin təmiri başa çatdırılıb və həmin ünvana qazın verilişi bərpa olunub”, - açıqlamada deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu