Yasamalda bir binanın sakinləri qazsız, işıqsız, susuz qaldı


Bu gün Yeni Yasamalda qaz xəttində aparılan təmir işləri ilə əlaqədar səhər saatlarından əraziyə qazın verilişi dayandırılıb və hələ də bərpa edilməyib.


AFN.az xəbər verir ki, bunu jurnalist Çingiz Səfərli sosial şəbəkədə yazıb. Jurnalist qeyd edib ki, sakinlər qazla bərabər elektrik enerjisindən də məhrum olublar: "Binada istiliklə əlaqədar elektriklər yükləndiyi üçün elektrik şitində partlayış oldu və artıq elektrik də yoxdur. Su nasosları da elektriklə çalışdığından suyumuz da kəsilib. Qışın günündə 30-40 ailə soyuqda, qaranlıqda və susuz qalıb".
Ç.Səfərli aidiyyatı qurumlardan problemin həll olunmasını istəyib. Gec saatları olduğu üçün qurumlardan mövqe almaq mümkün olmadı.
Mövzu diqqətimizdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu